Баку, Азербайджан
Улица Самеда Вургуна
map

Авторизация











Qısa idxal bəyannaməsinin verilməsi - 01.02.2019 tarixindən məcburi olacaq

January 18, 2019 / Xəbərlər

 

Bildirmək istərdik ki, “Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 28 dekabr 2018-ci il tarixli 1431-VQD nömrəli Qanununa müvafiq olaraq, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən 1 fevral 2019-cu il tarixindən etibarən fiziki şəxslər tərəfındən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməlidir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur.

Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikasının 12 mart 1996-cı il tarixli 33-IQ nömrəli qanunla qoşulduğu “BYD Kitabçası tətbiq edilməklə beynəlxalq yük daşımaları haqqında” gömrük Konvensiyası (BYD Konvensiyası, 1975) ilə tənzimlənən prosedurlar çərçivəsində həyata keçirilən beynəlxalq daşımalar zamanı mal və nəqliyyat vasitələri barədə məlumatlar əvvəlcədən gömrük orqanlarına BYD ilkin məlumat mübadiləsi sistemindən (TIR EPD - Electronic Pre-arrival Declaration) istifadə etməklə də təqdim edilməlidir.

 

Carnet No. Volets Type Issue Date Expiry Date