Баку, Азербайджан
Улица Самеда Вургуна
map

Авторизация











Elektron formada qısa idxal bəyannaməsini təqdim etməyəndə cərimənin həcmi

January 23, 2019 / Xəbərlər

 

Elektron formada qısa idxal bəyannaməsini təqdim etməyəndə cərimənin həcmi

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1431-VQD nömrəli Qanununun 1.2-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməlidir və bu tələbin yerinə yetirilməməsi inzibati məsuliyyətə səbəb olur.

Eyni zamanda, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1432-VQD nömrəli Qanununda yuxarıda göstərilən inzibati xətanın törədilməsinə görə inzibati tənbeh olaraq vəzifəli şəxslərin 1000 (min) manat məbləğində, hüquqi şəxslərin 1500 (min beş yüz) manat məbləğində cərimə edilməsi müəyyən edilmişdir.

 

Carnet No. Volets Type Issue Date Expiry Date